Şirkət təfərrüatları

Veysəloğlu MMC
Veysəloğlu MMC
Xidmətlər
Dən buyana üzv, Oct 26, 2023
Azərbaycan, Bakı şəh., Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci eninə 2, AZ1029
Əlaqə məlumatlarına baxmaq üçün daxil olun
Daxil ol

Şirkət haqqında

Şirkətlər Qrupumuz ölkənin dayanıqlı inkişaf məqsədlərinə töhfəsini artırmaq üçün ətraf mühitin mühafizəsinə nəzərəçarpan investisiya edib.

“AVT Logistics” şirkətinin istifadəyə buraxmağa hazırlaşdığı 50-dən artıq yeni çoxtemperaturlu yük avtomobili mərkəzi yollarda gedilən məsafəni azaldacaq.

Bu nəqliyyat vasitələrinə keçid aylıq qət edilən məsafəyə 128 min 741 kilometr qənaət edəcək. Şirkətlər qrupu buna müxtəlif temperaturlarda daşınma tələb edən ərzaq məhsullarını eyni avtomobildə daşımaq imkanı qazanmaqla nail olacaq.

Belə ki, şirkətlər qrupuna daxil olan “OBA”, “Araz” mağazaları, həmçinin “Veysəloğlu Distribusiya” müştərilərinin sifarişlərinin daşınması üçün bir nöqtəyə gün ərzində hərəkət edən maşınların sayı müvafiq olaraq, 3, 2 və 1 ədəd azalacaq.

Veysəloğlu Şirkətlər Qrupu bu yenilik nəticəsində atmosferə buraxılan karbon emissiyasını ayda 290 min kq, ildə isə 3,5 milyon kq azaltmağa müyəssər olacaq.

Logistika Mərkəzi dövriyyəsində olan 90 nəqliyyat vasitəsinin fəaliyyəti dayandırıb və yeni çox temperaturlu avtomobillərlə əvəz edilir.

Qeyd edək ki, “AVT Logistics” avtomobilləri hər gün 64 min kilometr yol qət edərək Azərbaycanın 4 min 500 nöqtəsində müştərilərə mal çatdırır. 

İş yerləri

Şirkət təfərrüatları

  • E-poçt Doğrulanır
    Xeyir
  • Ümumi İşçilər
    1501-2000
  • ildə yaradılmışdır
    1994
  • Cari iş yerləri
    0